Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb.
Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Sarıtəpə kənd sakini, 41 yaşlı Nazilə Cəfərova həyətyanı sahədə işləyərkən ilan sağ əlindən sancıb. Dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya lazımi tibbi yardım göstərilib.
Rayonun Zəyəm qəsəbə sakini, 69 yaşlı Qaratel Hüseynovanı da ilan sağ əlindən sancıb. Həkimlərin müdaxiləsindən sonra onun da vəziyyəti qənaətbəxşdir. İlan sancan daha bir şəmkirli isə Bayramlı kənd sakini, 48 yaşlı İsa Xudaverdiyevdir. Onun vəziyyəti daha yüngül olduğu üçün ilkin yardımdan sonra evə buraxılıb.
İlan sancan hər üç şəxsə zəhər əleyhinə zərdab vurulub.