Xalq artisti Faiq Ağayev sinif yoldaşları ilə görüşüb.

Unikal.org xəbər verir ki, xalq artsiti 29 ildən sonra sinif yoldaşları ilə fotolarını sosial şəbəkədə paylaşıb.

Sənətçi təəssüratlarını belə bölüşüb: 

"46 N°-li məktəbin 10 "A" sinifinin şagirdləri. Son zəngdən düz 29 il sonra görüşdük. Çox səmimi, hərarətli, doğma bir ortam var idi. O qədər söhbətlər etdik ki! Bir ümman! Olmazın şad oldum sizi görməyə".