"Maşın" realiti-şounun bugünki buraxılışında gözlənilməz hadisə baş verib.

Unikal.org bildirir ki, verilişin aparıcısı əməkdar artist Murad Dadaşov efirə çıxmayıb.

Onu əvəz edən aparıcı Mətanət Əliverdiyeva və Hacı Nuran Hüseynov olub.

Hacı Nuran Muradın səhhətində problem olduğunu və bu səbəbdən canlı yayıma gələ bilmədiyini söyləyib:

"Murad bu gün kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Şükür, hər şey yaxşıdır. Göndərmişik onu evə istirahət etsin".