Unikal.org bildirir ki, ailem.az maraqlı faktlar silsiləsindən bir neçəsini təqdim edir. 

Bunları bilirdinizmi?

- Qadının ürəyinin çəkisi 250 qr, kişinin ürəyinin çəkisi 330 qr-dır. Məhz ona görə qadının ürəyi daha tez-tez vurur.

- Qadının saçı kişinin saçından düz iki dəfə nazik olur. Amma tüklərin dibi iki dəfə dərində olduğundan dazlaşma qadınlara xarakterik olmur.

- Qadının boynu kişidən daha hərəkətlidir. Əgər siz arxadan çağırsanız, qadın sadəcə başını döndərib sizə baxacaq, amma kişi bütün bədəni ilə dönəcək.

- Bədəndəki estrogen hormanlarına görə fiziki ağrıları qadınlar kişilərdən 2 dəfə daha yüngül keçirirlər.

- Qadınların beynində iki nöqtə danışma və nitqə nəzarət edir. Ona görə qadınlar gün ərzində kişilərdən azı iki dəfə çox danışırlar.

- Qadınların əzələlərində elastin olduğu üçün onlar daha rahat "şpaqat" vəziyyətində otura bilirlər.

- Doğulan andan qadınlarda qoxu bilmə hissi kişilərə nisbətən dəfələrlə çox olduğu üçün parfümeriyaya meylli olurlar.

- Qadınlarda yüksək səs tembrini eşitmək qabiliyyəti kişilərdən iki dəfə çoxdur, bu, uşağa nəzarət üçün analıq hissləri ilə bağlıdır.