Aparıcı Xoşqədəm Hidayətqızı İnstaqramın canlı yayım xidmətindən istifadə edib.
Unikal.org xəbər verir ki, aparıcı əvvəlcə öz fəaliyyətindən söz açıb.
X.Hidayətqızı Azərbaycanda nömrə bir aparıcı olduğunu deyib: "Nömrə bir kanalda çalışıram. Nömrə bir aparıcıyam. Verilişim də bir nömrədir.
Səhər-səhər izləyicilərinə pozitiv ötürmək üçün canlı yayıma girdiyini deyən aparıcı daha sonra izləyiciləri ilə dalaşmağa başlayıb. O, ona qarğış edən bir izləyicisinin ünvanına təhqirlər səsləndirib:
"Nurlan, Ruslan və Sevda, İnquşetiyada olanların dərdi, səri, ağrısı, xəstəliyi varsa, sizin ürəyinizə olsun. Adama öz dilində cavab vermək gözəldir? Nə edim, bəzi insanlar var ki, onlar mənim dilimdə yox, öz dillərində başa düşürlər. Onlara sözlə birini vurmaq lazımdır ki, ağılları başlarına gəlsin. Məni sevənlərin də ağrı-acısı onlara getsin. Niyə sülənirsiniz səhifəmdə? Səni göndərdim Sumqayıtda olan itlərin yanına. Canlı yayımı dualarımla açdım. Amma bir səviyyəsiz, ana, qız, bacı bilməyən biri qarğış yazdı. Mən də dediklərini ona qaytardım. Hamıya da məsləhət görürəm ki, səviyyəsizə öz dilində cavab verin. Allah pis insanların qarşısına qəlbindəkini çıxarsın. Orucluyam, İnşallah, dualarım qəbul olar. Heç kimin qarşısından qaçmayın, hüquqlarınızı bilin. Əvvəl belə deyildim, amma indi fikirləşirəm ki, belə etməklazımdır. Kimin haqqı var qarğış edib, təhqir etsin? Onun səviyyəsinə düşmürəm, onu yerində otuzdururam".axşam.az