"Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.
O qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. "Bildiyiniz kimi, bu il Azərbaycanda "İslam Həmrəyliyi İli elan edilib. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilib. Bu ili "İslam Həmrəyliyi İli elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olub. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxıb. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq.
***11:41
Bu gün Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.