Yəqin ki, bir çox məşhurlarımızın ali təhsili olmadığını bilmirsiniz.

Unikal.org metbuat.az-a istinadən ali təhsilsiz məşhurlarımızı təqdim edir:

Rəşid Behbudov: Çoxları əksini hesab etsə də, müğənni Rəşid Behbudov ali təhsil almayıb. O, Dəmir Yolu Texnikumunu bitirdikdən sonra işləməyə başlayıb.

Aygün Kazımova: Müğənni orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyib. O, ailə həyatı qurub.

Bilal Əliyev: Bilal Əliyev təhsil almağı Asəf Zeynallı adına Musiqi Kollecini bitirməklə yekunlaşdırıb.

Mətanət İsgəndərli: O, orta məktəbi bitirdikdən sonra müğənniliyə başlayıb.

Zamiq Hüsenynov: Tanınmış müğənni Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəlik təhsili alıb. O, təhsilini ali dərəcədə davam etdirməyib.

Namiq Qaraçuxurlu: Namiq Qaraçuxurlu 104 nömrəli orta məktəbi bitirdikdən sonra təhsil həyatını davam etdirməyərək, meyxanaçılığa başlayıb.

Nadir Qafarzadə: Nadir Qafarzadə də Asəf Zeynallı adına Musiqi Kollecini bitirdikdən sonra təhsilini davam etdirməyib.

Eyyub Yaqubov: Eyyub Yaqubov da orta təhsilli müğənnilər arasındadır. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirib.

Nura Suri: Müğənni Nura Suri də ali təhsilsiz məşhurlardandır. O, orta məktəbdən sonra təhsilini davam etdirməyib.