Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ədalətin vəziyyəti ağırlaşıb.
Unikal.org-un məlumatına görə səhhəti ilə bağlı publika.az-a çətinliklə də olsa, açıqlama verən Aşıq Ədalət bildirib ki, təcili şəkildə Türkiyəyə getməlidir:
"80 yaşım var. Boğazımda ciddi problemlər yaranıb. Danışmaqda çətinlik çəkirəm. Həkimlər əməliyyat olunacağımı demişdi. Azərbaycanın ən yaxşı həkimlərinin qəbulunda olmuşam.
Ürəyimdə problem var, yaşım çoxdur, zəifləmişəm deyə, burda əməliyyatı heç kim öhdəsinə götürmədi. Türkiyəyə yenidən yoxlanmaq üçün gedəcəyəm. Bu gün gedəcəyim dəqiq deyil. Amma yaxın günlərdə mütləq getməliyəm. Türkiyədə yoxlanışdan keçəndən sonra əməliyyatın lazım olub-olmadığı dəqiqləşəcək. Hələ heç nə bilmirəm.