Xəbər verdiyimiz kimi, "Maşın" realiti-şousunun ötən günkü buraxılışında aparıcı Murad Dadaşov efirə çıxmayıb.

Unikal.org big.az-a istinadən xəbər verir ki, əməkdar artist ayaq barmağından əməliyyat olunub. 

Aparıcı Hacı Nuran M.Dadaşovu ziyarət edib:

"Uşaqlıq dostum, çox sevdiyim qardaşım Murad Dadaşov. Allah şükürlər olsun ki, hər şey geridə qaldı. Bir daha xəstələnmə. Allah sənə şəfa versin. Dünən "Maşın şou" bir fərqli yayımlandı, Murad Dadaşovsuz... Dostumuz ayağından əməliyyat olunduğundan iş başında ola bilmədi. Çalışdıq onu əvəz edək. Amma bu, mümkündürmü? Muradsız "Maşın şou" nu təsəvvür etmək çətindir. Bil ki, sən əvəzrdilməzsən. Həm dost kimi, həm də öz işinin peşəkarı kimi. Keçmiş olsun hamımıza".

Əməliyyat olunan Murad Dadaşovun xəstəxanadan İLK FOTOSU