"Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclsiin bugünkü plenar iclasında müzakirə olunub.
Unikal.org-un verdiyi xəbərə görə, qanun layihəsi Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə hazırlanıb.
Belə ki, 12.2-ci maddənin qüvvədə olan mətninə görə, kapital ehtiyatları formalaşdırıldıqdan (qanunun 10.3-cü maddəsinə görə, AMB-nin kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır) sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.
Təklif olunur ki, daha məqsədli istifadəni təmin etmək üçün bu vəsait (mənfəətin sərbəst qalığı) qanunla müəyyən edimiş qaydada dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna köçürülsün.
Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik təsdiq olunub.