Müğənni-bəstəkar Emin Ağalarov Rusiya saytlarından birinə müsahibə verib.
Unikal.org xəbər verir ki, Emin müsahibəsində yaradıcılıq yeniliklərindən və şəxsi həyatından danışıb.
Müsahibəni ixtisarla təqdim edirik:
- Kino sahəsində ilk debütünüzə başlamısınız. Bu, çox xoş və gözlənilməz oldu. Maryus Vasyberqin "Gecə növbəsi filminə necə çəkildin?
- Maryus Vaysberqlə biz, demək olar ki, 20 ildir tanışıq. Aydın idi ki, gec, ya tez mənim həyatımda kino ilə bağlı da nəsə olmalıydı. Maryus "Gecə növbəsi layihəsi ilə gəldi və mənə onun çəkilmiş 20 dəqiqəsini göstərib dedi ki, orada Çernyavski adlı bir obraz var, o, yüz faiz mənəm. Çəkiliş prosesi, Vaysberqin dediyinə əsasən, 10 gün davam etməliydi. Amma, mənim qrafikimlə o qədər vaxtı filmə sərf etməyimə imkanım yox idi. Götür-qoy etdik və razılaşdım. Peşman da deyiləm!
- Sizin konsert proqramlarıyla dolu qrafikiniz var, çox işləyirsiniz. Ancaq bunula yanaşı, uşaqlarınıza da vaxt ayırırsınız? Bunu necə edirsiniz?
- Telefonumdakı "FaceTime proqramı bizə çox kömək edir. Mən hər an onlarla əlaqədəyəm. Tezliklə Moskvaya qayıdacağam, yenidən qrafikə düşəcəyəm və istirahət günlərini uşaqlarımın yanına uçacağam. Amerika turuma görə, artıq 3 həftədən çoxdur ki, onları görmürəm. Yayda onlara daha çox vaxt ayırmağı düşünürəm.
- Sizin keçmiş həyat yoldaşınız Leyla Əliyeva bir qız uşağını övladlığa götürüb. Məlum olduğu kimi, onu siz də qəbul etmisiniz. Uşaqlarınız necə yola gedirlər?
- Onlar ilk gündən dostlaşdılar. Mənim üçün isə o, əzizdir, körpəmdir.
"UŞAQLARIM BÖYÜK EVDƏ, DAYƏLƏRLƏ VƏ CANGÜDƏNLƏRLƏ YAŞAYIRLAR"
- Oğullarınız onu qısqanmır ki?
- Yəqin ki, yox. Hərdən oyuncaqlarla bağlı anlaşılmazlıq olur. Bəzən onlar deyirlər: "Ata, bunlar mənimdir. O, oyuncaqlarımızı alır. Mən isə onlara başa salıram ki, ona hər şey olar, o, xanımdır. Oğullarıma göstəridiyim münasibəti ona da göstərirəm.
- Siz ciddi atasınız? Onları vura, yaxud küncə qoya bilərsiniz?
- Oğullarım çox dəcəldir. Mənim yoxluğum zamanı onlar bütün çərçivələri aşa bilirlər. Ona görə də, ciddi olmaq lazımdır. Onları vura bilmərəm, amma silkələyib "Sənə nə? deyə bilərəm.
- Siz uşaqlarınızı öz uşaqlığınızdakı kimi tərbiyə edirsiniz?
- Başqa cür tərbiyə edirəm. Mən digər şərtlər altında böyümüşəm: Sovet rejimi olub, kifayət qədər təvazökar yaşamışıq. Əvvəlcə bir, sonra ikiotaqlı mənzilimiz olub. Uşaqlarım isə kifayət qədər yaxşı şəraitdə yaşayırlar: böyük evlərdə, dayələrlə, cangüdənlərlə. Mən evə "Coca-Cola şüşəsi ilə gəlsəm, bununla uşaqlarımı təəccübləndirə bilmərəm. Nənəm demişkən: "Bizim uşaqlığımızda valideynlərimiz bizdən çatışmazlıqları gizlətməyə çalışırdılar, müasir dövrdə isə əksinə olanları gizlətmək lazım gəlir. Düşünürəm, bu məsələnin öhdəsindən gəlirəm.
"MƏŞHUR KİŞİNİ VƏ YA QADINI DAŞIMAQ AÄžIR YÜKDÜR"
- Sizin çoxlu izləyiciləriniz var. Qızlar kompliment deyir, bir sözlə qadın diqqəti ilə əhatələnmisiniz. Məsləhət verin görək, qadının sevdiyi məşhur olarsa, daim digərlərinin diqqətində qalarsa necə etməlidir? Onu necə qısqanmamalı, sevgilisinin gözlərində yeganə biri olmalıdır?
- Səbr yeganə xilas yoludur. Mən hər şeyi anlayıram. Özümün qısqanc xarakterim var və əminliklə deyə bilərəm ki, ikinci yarısı məşhur olan kişini, eləcə də qadını daşımaq ağır yükdür.
- Qadınlardan danışmışkən, necə qızlar xoşunuza gəlir? Aydındır, qadında gözəllik olmalıdır və sairə. Ancaq sizin hansısa zəif yeriniz varmı? Məsələn, fındıqburun qızlar?
- Hansısa çərçivə çəkmək istəmirəm. İndi başa düşürəm ki, kişilər sarışın qadınlara daha çox diqqət yetirirlər. Ümumilikdə, məni insanla ünsiyyət maraqlandırır: o, məni, yaxud mən onu başa düşdüm ya yox? Xarakterə gəlincə, mənim yumşaq, sakit xarakterli insanlar daha çox xoşuma gəlir. Belələri ilə danışmaq olar.
"TƏBİİ GÖZƏLLİYƏ ÜSTÜNLÜK VERİRƏM"
- İndi bir çox qızlar gözəllik xətrinə özlərini dəyişirlər, müasir standartlara uyğunlaşamağa çalışırlar. Fikir vermisiniz, qızlar təbii görünməyəndə kişilər onlara bir o qədər də fikir vermirlər?
- Əgər insanın hər hansı bir qüsuru varsa, məsələn, burnu orta statistik insan burnundan 2 dəfə iridirsə, onu düzəltmək olar. Əgər qız xoşagəlimlidirsə və öz xarici görünüşünü daha da yaxşılaşdırmaq istəyirsə, düşünürəm ki, bu, onu məhv etmək deməkdir. Mən təbii gözəlliyə üstünlük verirəm.
"NƏ XƏYANƏTİ, NƏ DƏ YALANI BAÄžIŞLAYIRAM"
- Belə bir deyim var: "Sevgilinlə dalaşanda yaxşı fikirləş: haqlı, yoxsa xoşbəxt olmaq istəyirsən. Siz bu məsələyə necə yanaşırsınız? Qadın zəifliyini bağışlamağa hazırsınız? Nəyi bağışlamazsınız? Xəyanəti bağışlayarsınız?
- Mən heç nəyi bağışlamağa hazır deyiləm: nə xəyanəti, nə yalanı, nə də başqa bir hərəkəti.
-Bəs digər tərəfdən baxsaq? Müdrik qız bağışlamalıdır?
- Bu, kişidən asılıdır. Kişilər var ki, bağışlamaq istəyir. Eləcə də qızlar. Ancaq təəssüf ki, mənim xarakterim buna yol vermir.axşam.az