Antalya Dövlət Opera və Balet Teatırının solisti Muxtar Rəsuloğlu vəfat edib.
Unikal.org qaynarinfo.az-a istinadən xəbər verir ki, bariton səsli sənətçi 59 yaşında dünyasını dəyişib.
O, uzun müddət xərçəng
xəstələyindən əziyyət çəkib. Muxtar Rəsuloğlu müalicə olunduğu Akdeniz
Universitetinin Xəstəxanasında vəfat edib.
Muxtar Rəsuloğlu
1999-cu ildə Azərbaycandan Antalyaya köçüb və Antalya Dövlət Opera və
Balet Teatırında çalışmağa başlayıb. O, iki il əvvəl xərçəng xəstəliyinə
yoluxub. Ötən ay bir neçə əməliyyat olunan sənətçini həkimlər xilas edə
bilməyib.
Ailəsi Azərbaycanda yaşayan mərhumla vida mərasimi
sabaş Antalya Dövlət Opera və Balet Teatırının qarşısında düzənlənəcək
və daha sonra cənazə vətənə gətiriləcək.