Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, alov 27 mərtəbəli binanı tam ağuşuna alıb.

Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasına təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən göndərilib, amma onlar hələ ki, yanğının öhdəsindən gələ bilmir.

Tüstüdən xəsarət alanlar barədə məlumat var, həkimlər onlara yardım edir.

Hadisə şahidlərinin sözlərinə görə, yolların çox dar olmasına görə yanğınsöndürən maşınların binaya yaxınlaşması çox çətindir.

Britaniya paytaxtının təcili-tibbi yardım xidməti "Twitter" səhifəsində yaydığı məlumata görə, yanğında azı 30 nəfər xəsarət alıb.

Zərərçəkənlərin hamısı şəhər xəstəxanalarına çatdırılıblar.