Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda "Qaynar xətt" yaradılıb.
Dövlət Komissiyasından unikal.org-a verilən məlumata görə, "Qaynar xətt"in yaradılmasına vətəndaşların müraciətləri nəzərə alınaraq qərar verilib.
Müraciətlər (012) 405-99-79 nömrəli qaynar xəttinə qəbul olunur.