"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan tanınmış müğənni Natavan Həbibi maraqlı açıqlamalar verib.
Unikal.org xəbər verir ki, o, ilk olaraq saçlarına verdiyi yeni dizayndan söz açıb:
"Saçlarımın başına bütün günü oyun açıram. Gah bu rəng, gah o rəng. Saçlarım əslində əhvalımla bağlıdır. Hər şey yaxşıdır, gözəldir, istəyirəm saçlarım da özümə oxşasın. Mən saçlarım üzərində eksperiment etməyi xoşlayıram. Ancaq hər zaman əvvəlki formaya qayıdıram. Bilirəm ki, saçımın ən gözəl modeli doğulduğum rəngdir. Mənim bacım kosmetika işlərində bir nömrəli peşəkardır. Ona maska de, sənə 65 cür maska etsin. Saça qulluqla bağlı hər şeyi bacarır. Mənim üzərimdə təcrübələr etməyi də çox sevir. Bir də mənim Nigar adlı kosmetoloqum var. İndi onun sözlərini sitat gətirəcəm. Nigar deyir ki, sən elə gözəlsən ki, adam istəyir sənin üzünlə işləsin.
Daha sonra Natavan Həbibi yeni klipi haqda da danışıb:
"İllərlə mahnını gözlədim. Sonra illərlə aranjimanı gözlədim. Aylarla klipi gözlədik. Sağ olsun montajçı Aysu xanım problemlər aradan qalxan kimi, o da işini sürətli bir şəkildə yerinə yetirdi. Rəngləmə işlərini Emin Muradov etdi. Nəticədə çox gözəl bir klip ərsəyə gəldi. Mən çox bəyəndim.Tamaşaçı olaraq, qıraqdan baxanda məni heç bir kadr narahat etmədi. Hər şeyə tənqidi yanaşıram, əgər orda nəsə məni qıcıqlandırsa, həmin kadr, ümumiyyətlə, efirə gedə bilməz.
Klip çəkilişlərə qətiyyən yüksək məbləğ sərf etməyəcəyini deyən ifaçı həmin pulu ancaq özünə və ailəsinə xərcləyə biləcəyini söylədi:
"Mən 50 mini özümə xərcləyərəm və deyərəm ki, nə gözəl. Evimə, avtomobilimə, ailəmə xərcləyərəm həmin pulu. Yerli şou-biznesdə sənət dəliləri var ki, belə edirlər. Ancaq mən sənət yox, musiqi dəlisiyəm. Hər şeyimi qurban verim ki, təki mən bu səhnədə olum. Xeyr. Səhnə hər şeyini versin, gəlsin yanımda dursun. Mən o cür insanlardan deyiləm. Mən əvvəlcə özümü, ailəmi, durumumuzu fikirləşirəm. Mən o qədər kasıblıq gördüm ki, indi rahat yaşamaq istəyirəm. Mən niyə görə acından ölüb yeməyim və kiməsə deyim ki, al sən ye, mənə klip çək. Yox.
Müğənni toy tarixini açıqlamaq istəməsə də, bəzi eksküliziv açıqlamalar etdi:
"Toy tarixini gizlətmirəm. Sadəcə açıqlamağı lazım bilmirəm. Lazım olan zamanda hər şey açıqlanacaq. Mediya nümayəndələrini kamerasız dəvət edəcəm. Onlar bizim dostlarımızdır. Sadəcə istirahətə gələrlər. Mən toyumu insanlara, tamaşaçılara göstərmək istəmirəm. Onsuz da onlara bu, lazım deyil. Bilirəm ki, görüntülər yenə də yayılacaq. Sevənlərim məndən inciməyəcəklər. Çünki onlar mənim toyumu çoxdan gözləyirlər. Deyirlər sən canı göstərmə, amma evlən. Məni sevənlər xoşbəxt olmağımı, ana olmağımı çoxdan gözləyirlər. Sizə demişdim ki, mən ailə qurandan sonra toylar azalacaq. Ancaq demişdim ki, mahnılar hər zaman olacaq. Çünki oxumasam, ürəyim partlayar. Bəlkə, kliplər də oldu. Ancaq kinoya çəkilmək istəyirəm. Səhnə gəncliyi sevir, qocalmamış istedadımdan maksimum istifadə edəcəm.Baku.Ws