Xəbər verdiyimiz kimi, müğənni Aysel Əlizadə özünə dəbdəbəli ad günü keçirib.
Unikal.org big.az-a istinadən xəbər verir ki, 27 yaşını qeyd edən ifaçı yaxınları, dostları tərəfindən bir-birindən maraqlı hədiyyələr alıb.
Hədiyyələr arasında ən diqqət çəkəni isə Ayselin "Porche" markalı avtomobilinin üzərində "EA" hərfləri əks olunan tort olub. Sevgilisi özünün və Ayselin baş hərflərini həmin tortun üzərinə həkk etdirərək ona sevgisini nümayiş etdirib.
Xatırladaq ki, Ayselin sevgilisi haqda ilk məlumatı qafqazinfo.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, həmin şəxs Bakıda məşhur avtoqalereyanın sahibi Elçindir. O, Aysel Əlizadə üçün son model olan "Porsche almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə edib. "90 EA 333 seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.