Ləğvetmə prosesində olan bankların mebel avadanlıqları və daşınmaz əmlakları satışa çıxarılıb.
Unikal.org xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
"Ləğv prosesində olan "Royalbank ASC-nin balansında olan mebel avadanlıqlarını, eyni zamanda ləğv prosesində olan "Atrabank ASC-nin balansında olan 2 inzibati binasını hərrac yolu ilə satışa çıxardır, - deyə məlumatda qeyd olunub.