Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədli keçmək istəyərkən onu "Ford" markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.