Amerikalı konqresmen Donald Peyn (Donald M. Payne) Ermənistanın Azərbaycana qarşı hərbi fəaliyyətləri barədə növbəti bəyanat yayıb. 

Unikal.org APA-ya istinadən bildirir ki, konqresmen bəyanatında Azərbaycan hökumətinin birtərəfli qaydada atəşkəs elan etmək qərarını alqışladığını deyib.
 
"Bu qərardan sonra Ermənistan hərbi əməliyyatları dayandırdı. Ermənistan sülhə riayət etməlidir və müharibə vəziyyətinə qayıtmamalıdır. Artıq erməni silahı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından tamamilə çıxarılmasını özündə ehtiva edən uzunmüddətli həllin tapılmasının vaxtıdır", - deyə konqresmen vurğulayıb.