SSSR-in xalq artisti Aleksey Batalov dünyasını dəyişib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi malumat yayıb.
Mərhum aktyorun həyat yoldaşının verdiyi xəbərə görə, o, ayağının sınmasına görə xəstəxanada müalicə alırdı.
Rejissor Vladimir Bortko aktyor haqqında: "Aleksey Batalovun ölümü Rusiya kinomatoqrafına böyük itkidir. O, heç zaman, mənfi rolda çəkilməyib, deyib.