Azərbaycanın xalq artisti Könül Xasıyevanın vəziyyəti getdikcə ağırlaşır.
Unikal.org-un məlumatına görə, xalq artistinə baş çəkmək üçün teleaparıcı Hacı Nuran və Murad Dadaşov Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gediblər.
Hacı Nuran bu barədə Instagram hesabında yazıb:
"Uşaqlıq dostum Murad Dadaşovla birlikdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində müalicə alan Azərbaycanın xalq artisti Könül Xasıyevanı ziyarət etdik".