"Kimin haqlı olduğu ortaya çıxacaq".
Unikal.org xəbər verir ki, bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov əməkdar artist Firuzə İbadovanın ondan polisə şikayət etməsi haqda metbuat.az-a danışarkən deyib:
"Məni polisə şikayət edib, lap yaxşı, qoy etsin. Mən də elə qanunlarla hər şeyin tənzimlənməsinin tərəfdarıyam. Onda kimin haqlı, kimin haqsız olduğu ortaya çıxacaq".
Qeyd edək ki, Firuzə İbadova Yaçıqlamasında Orxan Nadirovun ona olan 7 min manat borcunu qaytarmadığı üçün polisə şikayət etdiyini bildirmişdi.