Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Silahlı Qüvvələri mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, Ñəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.
Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.