Karatenin "Brilyant oğlanı" adlandırılan Rafael Ağayev Heydər Əliyev Mərkəzində uşaqlar üçün karate dərsi keçəcək.
Unikal.org xəbər verir ki, 5 qat dünya çempionu master klası iyun ayının 18-də saat 10:00-da mərkəzin parkında baş tutacaq.
İştirak etmək istəyənlər karate formasında dərsə qoşula bilər. Yaş həddi 15-18 yaş. Qeyd edək ki, giriş sərbəstdir.
Rafael Ağayev 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.