Azərbaycan mədəniyyətində öz ifası ilə seçilən mərhum sənətkarımız İlhamə Quliyeva sağlığında öz mahnılarının başqaları tərəfindən oxunmasına qadağa qoymuşdu.

Görünür, mərhumə hiss edirmiş ki, onu və onun səsini əvəz edəcək və hətta təkrarlayacaq sənətkar hələ yoxdur. İlhamə xanım yalnız bir neçə insana ona yazılmış mahnıları ifa etməyə icazə vermişdi. Ancaq sənətkarın vəfat etməsindən sonra bir çox müğənnilər onun mahnılarına yenidən müraciət etdi.

"Azad Azərbaycan" 106.3 FM radiosu xalq artisti İlhamə Quliyevanın xatirə gününə "Gedirəm adlı layihə həsr edib. Layihə çərçivəsində bir CD albom buraxılıb. Diskdə Xalq Artisti İlhamə Quliyevanın 10 ən sevilən mahnısı yenidən aranjiman olunaraq, estradamızın məşhur müğənniləri tərəfindən ifa edilib.

Unikal.org big.az-a istinadən bu mahnıların orijinal və hazırkı versiyalarını təqdim edir.

Kimin daha maraqlı ifa etdiyini özünüz müəyyən edin:

Müğənni Zamiq Hüseynov - Kaman. Son dönəm xüsusi bir mahnısını hitə çevirə bilməyən Zamiq "Kaman" mahnısı ilə gündəmə gəlib. Amma təəssüflər olsun ki, İlhamə Qulievanın repertuarından olan "Kaman" mahnısı ilə yenidən musiqi çarxlarının birinci olmağa müvəffəq olan Zamiq mahnını təqdim edərkən ilk ifaçısının adını anmır.


Orijinal versiya:


Əməkdar artist Mətanət İsgəndərli - Neylərsən mənə. İsgəndərli hər zaman olduğu kimi ifasına ciddi yanaşaraq mahnıya həm ürək qoya bilib, həm də mahnının orijinalından kənara çox çıxmayıb.

Uğurlu ifanı sizə də təqdim edirik:


Orijinal versiya:



Müğənni Nadir Qafarzadə - Unuda bilmərsən. Qafarzadə mahnıya yanaşması ilə seçilib. Belə ki o, mərhum sənətkarın səsini də saxlayaraq, mahnını virtual duet şəklində təqdim edib:


Orijinal versiya:


Əməkdar artist Elza Seyidcahan - Göygöl


Orijinal versiya:


Əməkdar artist Lalə Məmmədova - Çiçək yağışı. Xatırladaq ki, bu mahnını vaxtikən Röya da ifa etmişdi.


Orijinal versiya:


Müğənni Elnarə Xəlilova - Mən səni araram


Orijinal versiya:


Müğənni Nuri Sərinləndirici və Ceyn - Yaşın nə fərqi var ki? Məşhur cütlük həm də sağlığında Xalq artisti ilə dostluq edirdi.


Orijinal versiya:


Müğənni Çinarə Məlikzadə - Sırğamın qaşı. Şövkət Ələkbərovanın repertuarından oxuduğu "Gedək üzü küləyə" mahnısı ilə gündəmə gələn gənc xanım bu dəfə də sınaqdan üzü ağ çıxıb:


Orijinal versiya:


Müğənni Günay İbrahimli - Gedirəm. Hər zaman maraqlı ifaları ilə gündəmdə olan Günay bu dəfə nədənsə işinin öhdəsindən gəlməyib.


Bu isə orijinal versiya:


Müğənni Rəqsanə İsmayılova və türkiyəli ifaçı Adil Karaca - Yaşın nə fərqi var. Bu cütlük hələ İlhamə xanım rəhmətə getdiyi ərəfədə mahnını lentə almışdı. Bu duet yəqin ki, sizə təqdim etdiyimiz təkrar ifalardan ən uğursuzu sayıla bilər: