Ailə həyatı hər zaman uğurlu alınmır. Bir sıra məşhurlar iki, bəzən üç dəfə ailə qurur. Bəs, ayrılmış xanımla evlənən məşhurlarımız kimdir?

Unikal.org metbuat.az-a istinadən ikinci, üçüncü dəfə ailə həyatı quran qadınla evlənən məşhur azərbaycanlı kişiləri təqdim edir:

Mərhum xalq şairi Vaqif Səmədoğlu Nüşabə Vəkilova ilə evlənən zaman, Nüşabə xanımın ilk evliliyindən bir qızı olub.

Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI

Xalq artisti Şəmsi Bədəlbəyli də ikinci dəfə evlənən xanımla ailə həyatı qurub. Bu xanım isə xalq artisti Barat Şəkinskayadır. Onun ilk evliliyindən bir qızı olub.

Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI

Məşhur muğam ustası Mütəllib Novruzovun həyat yoldaşı, xalq artisti Nəsibə Zeynalova da ikinci dəfə ailə həyatı qurub.

Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI

Xalq artisti Yusif Vəliyev aktrisa Zemfira Sadıqova ilə ailə həyatı qurub. Aktrisanın bundan əvvəlki nikahından bir oğlu olub.

Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI

Əməkdar artist Kazım Abdullayev həyat yoldaşı Nina Berberova ikinci dəfə ailə qurub. Onun ilk həyat yoldaşı faciəli şəkildə vəfat edib. Aktyorla ailə quran zaman Nina Berberovanın ilk evliyindən bir qızı və oğlu var idi.

Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI

Tanınmış rəqqasə Oksana Rəsulova isə reper Elşad Xose ilə üçüncü evliliyini yaşayıb.

Boşanmış qadınla evlənən azərbaycanlı məşhurlar - SİYAHI