"Qarşıdurma" devizi altında yayımlanan "Maşın" şou sona çatıb və qalib müəyyən olunub.

Unikal.org xəbər verir ki,bu aktyor İslam Mehrəliyevdir.

Belə ki, maşından ilk olaraq əlini rəqqasə Oksana Rəsulova, ikinci isə aktyor Elcan Rəsulov götürüb.
E.Rəsulov səhhətinin imkan vermədiyi üçün oyunu tərk edib: "Dəfələrlə demişdim ki, İslam maşınsız qalmayacaq, qalmadı da".
"Maşın"ın bugünki final gecəsindəavtomobilin açarları finalçıya təqdim olunub.

Qeyd edək ki,mayın 28-dən yayımlanan "Maşın" realiti-şousu ötən gün başa çatıb.

xxx


ATV telekanalında artıq bir müddətdir yayımlanan "Maşın" şounun hazırda final buraxılışı canlı olaraq yayımlanır.

Unikal.org xəbər verir ki, final buraxılışında avtomobili qazanan şəxsin kimliyi hələlik gizli saxlanılsa da, şounun bir neçə gün əvvəl ayrılmış iştirakçılarından olan Üzeyir Mehdizadə qalibin adını bilmədən açıqlayıb. Belə ki, Murad Dadaşovun mikrofona dəvət etdiyi müğənni İslam Mehrəliyevi qalib gəlməsi münasibəti ilə təbrik edib. Daha sonra mikrofunu yenidən geri götürən aparıcı Murad Dadaşov tamaşaçıları bir az daha intizarda saxlamaq üçün mövzunu dəyişib və Elcan Rəsulovu da təbrik etdiyi bildirib.

Halbuki iştirakçılardan biri olan Üzeyir Mehdizadə istəmədən qalibin adını vaxtından əvvəl açıqlamış olub. Bununla da şounun qalibinin Elcan Rəsulov yox, İslam Mehrəliyev olduğu bəlli olub.