Bir müddətdir səhhətində problem olan xalq artisti Könül Xasıyeva ötən gün "Maşın realiti-şounun qonağı olub.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, xəstəxanada müalicə alan muğam ifaçısı studiyaya əlil arabasında gətirilib.
Onurğa iflicindən əziyyət çəkən K.Xasıyeva canlı yayıma girməyib, kulisdə proqramı izləyib.
Şounun aparıcısı Murad Dadaşov bildirib ki, aparıcı Hacı Nuran Hüseynovun "Həyat fondu K.Xasıyevanın müalicəsinə dəstək olur.
H.Nuran "Könül xanım özünə qapanmışdı. Onu depressiyadan çıxarmağa çalışırdıq. İstərdim ki, sənət dostları gedib ona baş çəksin. İnanırıq ki, bir neçə aydan sonra ayağa qalxacaq və biz onu səhnədə görəcəyik deyə, əlavə edib.