Müğənni Roza Zərgərli uzun müddətdir bir neçə kanalın "qara siyahı"sına daxil olub.

Unikal.org  xəbər verir ki,sənətçinin efirlərə çıxmamasına səbəb də elə bu idi.

R.Zərgərli "Maşın" realiti-şousunun finaldan bir gün əvvəlki buraxılışında yer alıb. İfaçı proqramda səhnəyə çıxıb və mahnı səsləndirib.

Qeyd edək ki, R.Zərgərlinin aparıcısı olduğu "Bakı vaxtı ilə" verilişi ATV-də yayımlanmışdı. İfaçı daha sonra proqramını İTV-də yayımlayıb. Kanalla sənətçi arasındakı incikliyə də bu səbəb olmuşdu və uzun müddətdir heç bir proqramda yer almırdı.axşam.az