Unikal.org rejissor Kənan M.M.-in axşam.az-a müsahibəsini təqdim edir:
- "Gecə qonağı 2 filminin aqibəti necə oldu?
- Allahın izni ilə oktyabrda təqdim olunacaq. "Bütün kinoteatrlarda yayımlanacaq"deyə bilmirəm. İndi onlar arasında problem yaranıb, nəticədə ziyan da film istehsal edənlərə dəyir. İnşallah, filmim bütün kinoteatrlardaolar. Birinci hissə ilə heç bir əlaqəsi yoxdur. Adlar eynidir, həyatlar fərqli. Sloqanım da "Eyni adlar, başqa həyatlar"dır. Fərda bu hissədə yoxdur, obrazlar bir-birinə bənzəyir. Pərvin Abıyeva ilə hara gedirdik "Gecə qonağı 2" soruşurdular. Ona görə də bu addan istifadə etdim. Bütün planlarım bu filmə görə dəyişdi. Pərvinlə mən yanyana dayananda"Gecə qonağı" ab-havası yaranır. Amma onu deyim ki, bu, birincidən yaxşıdır. Hər ikisini mən çəkmişəm, ona görə də birinə pis,digərinə yaxşı demək haqqım var. Hətta "Qayıdış"dan da yaxşıdır.
- Bəs düşünmürsünüz ki, "Gecə qonağı 2" adı ilə tamaşaçını aldatmaq qınağa səbəb olacaq?
- Sloqan burada məni xilas edir. Həm də buradakı yaşam tərzləri də "Gecə qonağı"ndakı ab-havadadır.Ona görə də rahatam.
- Ekran işində yer almaq üçün Fərda Xudaverdiyev böyük qonorar tələb etdi. O qonorar nə qədər idi?
- Fərdanın mənim dədəmə borcu yoxdur ki, pulsuz və ya ucuz çəkilsin. Hər bir aktyorun sənətinin öz qiyməti var. Mən də onun istədiyi pulu verə bilmədim. Amma münasibətlərimiz yaxşıdır. Birində alınar, digərində alınmaz. Bu, o demək deyil ki, daha Fərda ilə çalışmayacağam. Bundan sonra yenə Fərdaya uyğun obraz olsa, təklif edəcəyəm. Hər zaman belədir. Birincidə ucuz, ikincidə daha baha çəkilirsən.İşini dəyərləndirib, qiymətini artırırsan.
"FƏRDA ON MİNDƏN ÇOX QONORAR İSTƏDİ"
- Məbləği yenə açıqlamadınız. On mindən az?
- Birincidə on mindən az verdim. İkincidə isə on mindən çox pul istədi.
- Filmin büdcəsi nə qədər idi?
- Birincinin büdcəsini xatırlamıram. İkinci isə dünya standartlarına cavab verən filmdən geri qalmır. Çünki rejissorum, işıq ustam türk idi. Montaj, rənglənmə, səsləndirməorada oldu. Teoman Topçu ilə çalışmaq mənə avantaj gətirdi. Bu mənə filmi Türkiyə bazarına salmaq üçün kömək edəcək. Bu barədə danışıqlar gedir. Dram elə bir janrdır ki, o, hansısa millətə məxsus deyil. Bizim yeni çəkilən komediyalarımızı xaricilərə göstərə bilmərik, başa düşməzlər. Orada baş verən hadisəni, zarafatları onlar anlamayacaq. Burada isə hisslər var. Qulağını tutub baxsan da, anlayacaqsan.
- Əvvəl bir açıqlamanız olmuşdu ki, film çəkəndə avotomobilimi belə satıb ona yatırıram. Bu dəfə nəyinizi satdınız?
- Dostlarımın sayəsində heç nəyi satmadım. "Gecə qonağı 2" adı məni xilas etdi. Birinci hissəninavantajı köməkoldu. İnsanlar bunu istəyirdi. Ondan əvvəl "Dəmir qazan" çəkmək istəyirdim, amma heç bir şirkət yaxın durmadı. "Gecə qonağı 2" deyən kimi, hamı razılaşdı. Şirkətlərbüdcəni ödədilər.
"PƏRVİN MƏNDƏN QONORAR ALMADI"
- Bəs, Pərvin Abıyeva nə qədər qonorar alıb?
- Pərvin "Ay Brilliant"dan sonra "Gecə qonağı"nda rol aldı və burada parladı. Həqiqəti bilmək istəyirsinizsə, Pərvin məndən bir qəpik də almayıb. Filmi bitirməyə büdcəmiz yetmədi. Onda Pərvin dedi ki, mənə qonorar vermə. Amma bu o demək deyil ki, o, pul almayacaq. Biletlər satılandan sonra Pərvinin də qonorarı veriləcək. Əsas odur ki, işi sevdi. İşə tək pul yox, sənət üçün yaxınlaşmaq lazımdır. Sonra pul özü gəlib səni tapacaq. İlk işimdən 40 dollar qazanmışam. Sonra pul gəlib özü məni tapıb.
- Bu günə qədər çəkdiyin hansı film sənə böyük qazanc gətirib?
- Filmlərim gəlir gətirmir. "Ay Brilliant"ı çıxmaq şərti ilə... Uşaqların məşhurluğu buna kömək etdi. Çünki tamaşaçılar bizdə dram janrının olduğuna inanmır. "Qayıdış"la "Gecə qonağı"nı müqayisə etsəm, "Gecə qonağı" çox gəlir gətirdi.
"AY BRİLLİANT" ƏN BÖYÜK SƏHVİM İDİ"
- Amma sonra "Ay Brilliant" bəyənilmədi, qınanıldı, lağa qoyuldu...
- Sonra bəyənilməz da... Kənan M.M. ayın 1-də göstərəcək komediya necə çəkilir. O arxamca danışanlaraustad dərsləri keçəcəm.Hələ susuram. Əlimdə material olmadan cavab vermirəm. Amma onu da deyim ki, Azərbaycanda xaricə çıxarılacaq yeganə komediya "Oğlan evi" idi. Özü də ancaq birinci hissə. Ondan başqa komediya filmi görmürəm. "Dəmir qazan" ondan da yaxşıdır. Çünki İlham Qasımov yaxşı çəkib mənə həvəs verdi. Mən də ondan daha yaxşı çəkməyi istəyirəm.. Mən də yaxşı çəkməliyəm ki, başqası məni üstələsin. Buna rəqabət deyirlər. Filmlərimin ideya müəllifi və ssenaristlərindən biri mənəm. Bu haqda çox danışmaq istəmirəm. Sənətdə bir neçə səhvim olubsa, biri də "Ay Brilliant" film oldu. Mən o deyiləm, onu çəkməməliydim. Uşaqlarla münasibət əladır. Yaradıcı film deyil. Komediya janrı təsadüfi hallarda yaradıcı ola bilər. Mən pula yox, sənətə işləyirəm.
- Fərda Xudaverdiyev və Müşviq Şahverdiyevlə də aranızda bu məsələyə görə mübahisə yaranmışdı...
- Komediya janrına görə yox... Məndən kiçikdilər, üzr istədilər, bağışladım. Demişdilər ki, Kənanı ciddiyə almayın. İnsanları başa salmaq olmur ki, biz zarafat edirik. Onun zarafat etdiyinə inanıram, amma başa saldım ki, olmaz. Münasibətlərin korlanma tərəfdarı deyiləm. Dost itirən yaşımız keçib.
- Kənan tənqidə açıq biridir?
- Əlbəttə... Amma cavabını da verirəm. Peşəkar birinin işinə pis deməməlidir. "Pis deyirsənsə, səbəbini izah etməlisən". Bu, Ayaz Salayevin sözüdür. Rejissorun xarizmasını bilmək istəyirsənsə,filmlərinin adına bax.
- Ən çox eşitdiyiniz tənqid nədir?
- İnsanlar filmdəki Zara ilə həyatdakı Pərvini, filmdəki Ədişlə həyatdakı Kənanı ayıra bilmirlər. O mən deyiləm. "Stop" dedilər, çəkiliş oldu qurtardı. Əgər buna inanırlarsa, uğurumdur. Qəribə hallar var. Hərdən elə sms gəlir, adam təəccüblənir. Aygün Kazımova ilə foto paylaşmışam. Biriyazıb ki, bu fotoya qədər sənə hörmətim var idi. Digəri yazır özündənrazısan. O biri soruşur niyə? Qayıdır ki, görmürsən, efirdə deyir,"xanımlar ərlərindən xəbərsiz mənə sms göndərməsin". Yaxşı, sən get, gizlin səs göndər.
- Doğrudan o kəlməniz çox anlaşılmaz oldu. Mənası nə idi?
- Niyə bir xanım ərindən xəbərsiz sms göndərməldir? Ər də sabahı görəndə deməlidir ki, "xeyir ola?". Halallıq lazımdır.
"ŞAİRLƏR YALANÇI OLUR"
- Kənan M.M.-i həm də şair kimi fəaliyyət göstərir. Şeirlərindən ibarət kitab buraxmağı düşünmürsünüz?
- Yazanda şair oluram. Şairlər yalançı olur. Heç vaxt bir şairi sevməyin, sizi sevmək üçün tərk edər. Şairlər özləri üçün yazmır. Kitab istəmirəm, oxuyan yoxdur. İnsanlar dinləməyi istəyirlər. Bilirəm ki, kitab buraxsam, satılmayacaq.
- Verilişlərin birində sizə Elza Seyidcahanın şeirlərindən sual verdilər. Üzünüzü çevirib getdiniz.
- Maraqlıdır, mən sussam, nə yazacaqsınız? Elza Seyidcahan gözəl bəstəkardır. Yazdığı şeirlərdə onun dünyasından pay var. Mən o dünyada deyiləm. Allah onun köməyi olsun. (şeirlərdən kəlmələr deyir - red.)
- Amma görünür şeirlərini oxuyursunuz, məlumatınız var.
- Ancaq xəbərlərdə başlıqlarda görürəm. Utanıram özümə şair deməyə. Cızma-qaralama edirəm. Başqaları isə adını şair qoyur.
"SEVİNİRƏM Kİ, MURAD DADAŞOV HƏMİN GÖRÜNTÜLƏRİ YAYIMLAMADI"
- Bu yaxınlarda qatıldığınız "Maşın" şousu qalmaqalsız ötüşmədi. Amma nədənsə, Kənan bu dəfə daha təmkinli idi.
- Yaş öz sözünü deyir. 23-24 yaşımda olsaydım, daha dəliqanlı cavablar verərdim. Sevinirəm ki, Murad Dadaşov final gecəsi o görüntüləri göstərmədi. Günortalar qırğın olurdu. Xoşlamırdım gedənin arxasınca danışmağı.Orda olanda üzünə heç nə deyilmirdi, amma arxasınca danışılırdı. Gedən adamla münasibətim olmasada, onun haqda danışılmasını istəmirdim. Buna görə də mübahisələr düşürdü. Bəlkə də məndə problem var. Amma özümdəki bu problemi sevirəm.
- "Maşın şou" həyatında nələri dəyişdi?
- Mənim üçün heç nə dəyişmədi. Amma kim üçünsə nəyisə dəyişdim. Ora insanın həyatını dəyişən yer deyil. İnsanların sənə olan fikrini dəyişə bilərsən. Bu şouda üç dəfə olmuşam. Bir dəfə qollu-qanadlı qaqaş yaxınlaşıb ki, səndənzəhləm gedirdi, oradan sonra bəyəndim səni. "Maşın" şouya baxmasaydın nə olacaqdı, məndən zəhlən gedəcəkdi? Deyirlər hamının siması açıldı. Bunu qəbul etmirəm. Orada sual verirdilər ki, yalan danışarsınız? Çoxu deyirdi, danışaram. Mən dedim "yox". Yalan danışdım, gecə yerimə girib analiz edəndə özümə nə cavab verəcəm? Birdən maşını finalda udmadım, necə olacaq? Mənim üçün heç nə dəyişmədi. Bir o dəyişdi ki, yarışmadan çıxan günün səhəri alış-veriş mərkəzlərindn birinə getmişdim paltar almağa. Yaşlı arvadlar məni qucalayırdı. Mənim fanatlarım ancaq yaşlı xanımlardır.
"İSLAMA DƏSTƏK OLDUQ, O İSƏ..."
- Ordan çıxandan sonra kiminlə münasibətin bitdi?
- Heç kimlə... Hamısına yazdım ki, möhkəm olun. Elə bir insanam ki, mənimlə it də yola gedər.Daxilində olan həqiqəti bilirsənsə, başqa hər şey boşdir. Mövlananın bir sözü var: "Özünü insanlara tanıtmağa çalışma. Kimə necə sərf edirsə, səni elə tanıyacaq". Onsuz da hamımız bir-birimizi tanıyırdıq, "salam" verirdik. Nə oldu? Orada ayaqüstə durmaqdan gərginlik yaranırdı, mübahisə edirdik. Küsülü insanın Allah duasını da qəbul etmir. Heç kimlə küsülü deyiləm. Özüm buna şərait yaratmıram.
- Kənan maşını qazanmadığı üçün peşman deyil?
- Ora maşın üçün getməmişdim. Ramazan ayına düşdüyü üçün beynim dincəlsin dedim. Orada hər anın bir hökmü var. Dörd nəfər birləşib birini çıxarır. Sonra iki olub o birini çıxarırlar. Biz İslama dəstək olduq. Özündən asılı olmayan şeylərə görə səsverməmizi düzgün yerinə yetirmədi. Qardaşımdır, gözəl aktyordu. Bizə nisbətən İslam az pul qazanır. Əvvəldən istəyirdim ki, maşını da o qazansın.
"AZƏRBAYCAN QADINI SƏİDƏ KİMİ ETMƏMƏLİYDİ"
- Səidə Sultanla Pərvin Abıyeva arasındakı qalmaqalda siz də arada qaldınız...
- Qadınlar böyük qüvvədir. Onlar dava edəndə araya girmək olmaz. Amma girməmək də mümkün deyil.Pərvinlə çox yaxınıq. Səidə ilə yaxın olmasaq da hərdən görüşürük. Onun hərəkətləri bizi çox üzdü. Azərbaycan qadını elə etməməliydi. Pərvin səs istəyir, Səidə orada oynayırdı. Bu da adamda qıcıq yaradır. Səidənin özünə yaraşmadı. Düşünürəm ki, sonrapeşman olub. Özünə də dedim ki, səhv etdin. Yarışmadan sonra danışdım ki, haqqınız varsa, halal edin. Beş nəfər getməyimə səs istədi, amma qalib oldum. Sonda öz istəyimlə oradan getdim.
- Deyirdiniz ki, mən getsəm, Pərvini parçalayarlar. Niyə bu düşüncədə idiniz?
- Hələ mən orada olanda parçalayırdılar. Mənim üstümə gəlmirdilər? Beş nəfər birdən deyirdi, getsin. Mən getsəydim, Pərvinə təzyiq göstəriləcəkdi. "Parçalayacaqlar" o demək deyildi ki, düşüb üstünə cırmaq atacaqlar. Sadəcə dəstək olmayacaqdılar.
- İştirakçılardan olan Səbuhi Xanlarov ünvanınıza tənqidlər səsləndirdi.
- Ömrüm boyu qalmaqaldan qaçmışam. Çox vaxt susmuşam. Səbuhi ağzına gələni yazdı. Nə deyim? Elə insanlar var ki, onlarla mübarizə apara bilmərik. Bu o demək deyil ki, o məndən gücüldür. Biz başqa dünyaların insanlarıyıq. Ona susmaq lazımdır. Onun qurdu özünü yeyəcək. Bir onu deyim ki, ona ayıb olsun.
- Sizcə sizə səsi xalq, yoxsa dost-tanış göndərirdi?
- Üçüncü dəfədir bu şouda oluram. Bir dəfə dostum deyirdi ki, sənə nə qədər səs göndərmişəm. Sonra baxırdım ki, öz telefonuma göndəribmiş. Hətta göndərdikləri səsin şəklini çəkib göndərənlər var idi. Onları görəndə utanırdım. Borclarını qaytarmağa gücüm çatmaz. Mənim tamaşaçım kasıbdır. Düşünürəm ki, səs göndərən dost-tanışdır.Ancaq deyim ki, sonuncu daha qalmaqallı idi.
- Üç dəfə şouya qatılsanız da qalib olmamısınız.
- Əziyyət çəkmədən nəsə qazanmaq mənə qismət olmayıb. "Ford Bayard"a getdik sonda qalib oldum, çünki pul yox idi. Gəldim boksa qazandım, sonda qolum çıxdı. 20 min var idi, uda bilmədim.Gərək əziyyətlə pul qazanım.
- Sosial şəbəkədə ən çox tənqid olunanlardan biri də sizsiniz. Onlara necə reaksiya verirsiniz?
- Heç kimə cavab vermirəm. Mən təkəm, onlar çoxdur. İstədiyim, istəmədiyim halda gücüm çatmaz. Dünya ulduzları haqda yazmırlar? Elə bir cəmiyyətdə yaşayırıq ki, əlində olan hər şeyi sat, payla, deyəcəklər ki, nəyisəqaldı, vermədi. Susursan haqsız olursan, danışırsan kobud. Üçüncü versiya yoxdur. Haqsız olsam, susaram. Tənqid olunmağa gəldikdə... Şərhləri arada oxuyuram. Bağlamışam, ekrana heç nə gəlmir. Bəzən şərh yerinidə bağlayıram. Onda da "direct"ə yazırlar. Bəzilərindəm nəticə çıxarıram. Həmişə yazırlar ki, "siz çox kobudsunuz". Məni ailəm, dostlarım və özüm tanıyıram. Buna görə də rahatam. Mən heç bir qızın şəklini bəyənə, altından tərif yaza bilmirəm.Dərhal bəzi jurnalistlər çəkib atır, xəbər etməklə hədələyirlər.
- Verilişdə Hüseyn Dəryanın adını çox çəkməyiniz və maşını udsanız onun oğluna verəcəyiniz qınanıldı.
- Həyatımzda elə anlar olur ki, sübuta imkanın yoxdur. Tamada, müğənni deyləm ki, reklama ehtiyacım olsun. Bəzən yazırdılar: Kənan Hüseynin şəklini paylaşır ki, çox "layk" yığsın. Nə edirəm "laykı?".
- Bunlar sizi depressiyaya salmır?
- Depressiya yaradıcı insanın çörək ağacıdır. Kefin yerində olanda heç nə çəkə bilməzsən. Daxilinə qapanmalısan ki, nəsə yazasan. Məni tamaşaçı və xalq depressiyaya salmır. Bu günə kimi etdiyim heç nəyə peşman deyiləm. Kiminsə qəlbini qırmışamsa, demək elə qırılmalı imiş.
"MƏN EVİMDƏ RƏİSƏM"
- Artıq klip çəkmirsiniz?
- Balaca vaxtı çəkirdim. Təklif edən də yoxdur. Telefon çıxandan klip bazarı bağlandı. İnsanlar sosial şəbəkədən məşhurlaşır. Kiməsə klip çəkməyi arzulamamışam. Bəlkə də kiminsə ürəyində ona klip çəkməyimqaldı.
- Xanımınız Aygün Mahmudova hər zaman deyir ki, Kənan mənə klip çəkmir.
- Çəkməyəcəm də... Evlə işi qata bilmərəm. Mənevdə rəisəm. Heç onunla verilişlərə də getmirəm.İndi aparıcılar nə gəldi danışır. Biri sual verəcək, xoşum gəlməsə, dalaşacam. 15 ildir yığdığım hörməti də itirəcəm. Bütün münasibətə xətt çəkməli olacam.
- Ailədə çox sərtsiniz?
- Çox. Övladlarıma qadağan qoymuşam, telefon olmaz.
- Amma oğlunuz aktyorluq sənətinə gəlib.
- "Gecə qonağı 2"də çəkildi.Hətta məndənpul daistədi. 500 manat qonorar aldı. Çox yaxşı oynadı.
- Bu sənətdə olan çoxları deyir ki, istəmirəm övladım yolumu davam etdirsin. deyəsən, siz fərqli düşünürsünz?
- Bu cümləni eşidəndə əsəbiləşirəm. "Range Rover" sürür, bahalı villada yaşayır, sənəti bəyənmir. Axı sən özün də bu sənətdən qazanmısan. Onda özündə çıx, get da.Qızımın dizaynerlik qabiliyəti var. Bir dəfə onun hər ayağına bir ayaqqabı geyindirdik. Qayıtdı ki, ata mən Elzayam? Gözəl zövqü var. Amma fotosunun belə çəkilməsini istəmir.
- Heç kim təsəvvür etmirdi ki, Kənan M.M. xanımına müğənnilik sənətini davam etdirməyə icazə versin.
- İnsanların xoşbəxt olduğu amil var. Davamlıməşğul olmur. Yerindən, məkanından, verilişdən asılıdır. Hara gəldi getmir. Hər zamanyanında oluram. Əgər bir insan hansısa işi görəndə xoşbəxt olursa, ona niyə mane olmalısan?
- Kənanın rejissorluqdan başqa gəliri hardandır?
- Heç nəyim yoxdur. Bu xasiyyətlə də olmayacaq.Rejissorluqdan qazanıram. reklam çəkir,məmur övladlarının toyları üçün roliklər hazırlayıram.Allah versin onlara.Xüsusi şeirlər istəyirlər. Həmin şeirləri heç yerdə səsləndirə bilmərəm. Şeirlərimə mahnı yazdıran da olur. Amma qonorar almıram, utanıram.