Erməni lobbisinin Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında keçirtdiyi aksiyanın sonunda aqressiv erməni qız maşınını azərbaycanlıların üstünə sürdü. Unikal.org anspress-ə istinadən məlumatına görə, hadisənin kadrlarını ANS-in kamerası lentə alıb.
Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) erməni lobbisinin bir qrup üzvü Azərbaycanın Vaşinqtondakı səfirliyi qaşrısında toplaşaraq etiraz akisyası keçirməyə çalışıblar. Okeanın o tayındakı ermənilər də Azərbaycan - Ermənistan cəbhə xəttində baş verən insidentləri və 3 günlük müharibənin başlama səbəbini Bakının ayağına yazmağa çalışıblar. Lakin Birləşmiş Ştatlarda yaşayan həmyerlilərmiz ermənilərin bu cəhdini uğursuzluğa düçar ediblər. Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçiləri Bədir Məmmədli, Yusif Babanlı və Adil Bağırovun rəhbərlik etdiyi cavab məqsədli etiraz aksiyasında Ermənistanın yalanını ortaya çıxaran faktlar sərgilənib. Ermənistan ordusunun cəbhə xəttində mülki insanları və azyaşlıları öldürməsini əks etdirən fotoşəkillər nümayiş olunub.
Ermənilər kimliklərini burda da gizlədə bilməyiblər. Aksiyanın sonunda qəddar bəyanatlar səsləndirən erməni etirazçılardan biri davranışı ilə özlərini bir daha nümayiş etdirib. O, idarə etdiyi avtomabili qəzəblə azərbaycanlıların üstünə sürərək qorxutmaq istəyib. Lakin hadisələr tam başqa yöndə cərəyan etdi.
Aksiyanı müşayiət edən polis qəzanın necə baş verdiyini gördü və həmin erməni qızını saxladı. Buna baxmayaraq qəzəbənmiş erməni qızı kameramıza hücum çəkməkdən özünü saxlaya bilmədi.
Azərbaycan səfirliyinin qarşısına sevinərək gələn ermənilər, kədərlə geri döndülər.