Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Şimali İrlandiya matçında əldə edilmiş gəliri açıqlayıb.

Unikal.org xəbər verir ki, AFFA həmin matçda bilet və Skybox satışından ƏDV daxil olmaqla 91 min 165 manat gəlir əldə edib.

Qeyd edək ki, oyun millimizin 0:1 hesabı məğlubiyyəti ilə nəticələnib.