"Qəbələ" klubunun keçmiş futbolçusu Mixail Sivakov özünə yeni komanda tapıb.
Unikal.org-un məlumatına görə, Belarus yığmasının müdafiəçisi karyerasını Rusiya Premyer Liqasında mübarizə aparan "Amkar"da davam etdirəcək.
29 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanılıb. O, Perm komandasına "Orenburq"dan keçib.
Qeyd edək ki, Mixail Sivakov "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Mərkəz müdafiəçisi 12 oyunda forma geyinib.