Tanınmış müğənni Nadir Qafarzadə şahidi olduğu hadisəni izləyiciləri ilə bölüşüb.
Unikal.org xəbər verir ki, Qafarzadə yolda bir cütlüyün söhbətinə qulaq şahidliyi edib və eşitdiklərini izləyiciləri ilə bölüşüb:
"Bu gün həm maraqlı, həm də acınacaqlı hadisənin şahidi oldum. Gənc ailə (hamilə gəlin) evə gəlir, yolda mübahisə başlanır.
Ər: Dedim axı o telefondan uzaq dur, yenə "İnstagramda kimi dostluğa qəbul etmisən?
Gəlin: Eh, əl çək, rəfiqələrimdi! Sən özün gündə kiminlə yazışırsan, heç bir söz deyirəm?
Ər: Mənim belə şeylər xoşuma gəlmir. "İnstagramı, "Facebooku bağla!
Gəlin: Əgər mənim getməyimi istəyirsənsə problem yoxdur.
Ər: Axı mən sənə nə dedim ki, bəhanə tapırsan getmək üçün?
Və sonda gəlin getdi atasıgilə. Siz nə düşünürsünüz dostlar, sizcə boş söz-söhbətdən ötrü ailəni dağıtmağa dəyərmi? İndiki qızların (bəzi) çoxları belədirlər, bir bəhanə tapıb boşanırlar.big.az