ABŞ prezidenti Donald Trampın 2016-cı il üçün maliyyə deklarasiyası dərc edilib.
Unikal.org bildirir ki, 98 səhifəlik sənədə əsasən Tramp Vaşinqtondakı oteldən 19,7 milyon dollar, Florida ştatındakı "Mar-a-Laqo" kurortundan 37,2 milyon, Nyu-Cersi ştatındakı qolf-klubdan 19,8 milyon dollar gəlir götürüb.
Sənəddə Trampın ümumilikdə 565 müxtəlif kompaniya və təşkilatdan 288 milyon dollar gəlir əldə etdiyi göstərilir. Tramp deklarasiyada 2016-cı ilin yanvarından bu ilin bahar aylarına qədər ümumilikdə aktivlər üzrə 1,4 milyard dolları, gəlirlər üzrə isə 598 milyon dolları qeyd edib. Prezidentin borc öhdəlikləri təxminən 315 milyon dollar təşkil edir.