Unikal.org a24.az-a istinadən son illərdə adı cinayət əməllərində, dələduzluqda hallanan, həbsxanaya düşən məşhurların siyahısını təqdim edir.
Meyxanaçı Bayram Kürdəxanlı barəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Qeyd edək ki, tanınmış meyxanaçı bir neçə gün əvvəl azadlığa çıxıb.
Şou-biznesdə bir vaxtlar "at oynadan prodüser Nahid Emiloğlunun da adı dələduzluqda hallanır. Onu dələduzluqda ittiham edən şəxs Xalq artisti Aygün Kazımovadır. Xalq artisti mətbuata açıqlamasında N.Emiloğlunun ona pul "atdığını bildirib. Müğənni prodüseri dələduzluqda ittiham edib.
Azərbaycanı ilk "Eurovision mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.
Maral Tahirqızı əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.
"Azəri qızı Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu "avtoşluq etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.
Teleaparıcı İlham Mirzəyev dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə 3 il 6ay müddətinə azadlıqdan məhrum edilib.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.
Meyxanaçı Vahid Qədimə dələduzluq maddəsi ilə axtarış elan olunub. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib.
Daha bir reper, mərhum Hüseyn Dərya narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.