Rəqqasə Oksana "Maşın şou"nun finalında avtomobili olmadığını etiraf edib.
Bu haqda heç vaxt danışmayan rəqqasə şounun sonunda avtomobilini satdığını və hazırda avtomobilsiz olduğunu deyib.
Unikal.org azxeber.com-a istinadən xəbər verir ki, rəqqasə "Şər qarışanda" filmini çəkmək üçün avtomobilini satıb və bütün pulu filmin çəkilişinə xərcləyib. Bu filmdən çox böyük gözləntilər olsa da, film fiaskoya uğrayıb və 1 həftə sonra kinoteatrlardan yığışdırılıb.
Məhz bu səbəbdən də "Maşın şou"da Oksanaya iştirakçılar və təşkilatçılar tərəfindən böyük dəstək olub.
Şounun aparıcısı Murad Dadaşov Aqil M. Quliyevin şouda qalacağı təqdirsə Oksananı çıxaracağını görüb, tamaşaçılara müraciət edib və Aqilə səs verməkdən yayındırıb.
Ancaq "Maşın" yenə də Oksanaya qismət olmayıb, o finalda əlini "Maşın"dan çəkib və şoudan uzaqlaşıb.