"Barselona"nın sabiq prezidenti Xoan Laporta maraqlı açıqlaması ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki, o, Kataloniya klubunun futbolçusu Lionel Messi haqda danışıb.
Laporta argentinalı hücumçunun 11 il öncə İtaliyanın "İnter" klubuna keçmək variantının yarandığını, lakin son anda buna imkan vermədiklərini deyib: "Bu, 2006-cı ildə oldu. Həmin vaxt "İnter" təklif irəli sürərək, Messiyə görə tələb etdiyimiz məbləği, yəni 150 milyon avronu ödəməyə hazır olduğunu bildirdi. Buna görə də, sonra həmin məbləği 250 milyona qaldırdıq. Leonun atası ilə münasibətimə həmişə əmin olmuşam. Ona demişdim ki, "İnter" bütün büdcəsindən keçməli olsa belə, Messini satmayacam. Lionelin "Barselona"da uzun illər xoşbəxt olacağını, "İnter"ə keçəcəyi halda isə yalnız maddi tərəfdən çox qazanacağını bildirmişdim".
Qeyd edək ki, Xoan Laporta 2003-2010-cu illərdə "Barselona"nın prezidenti olub.