AFFA-nın ilk prezidenti Fuad Musayev dəfn olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, o, cənazə namazından sonra mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimi "Təzə Pir" məscidində təşkil olunub. Mərasimdə mərhumun yaxınları, AFFA rəhbərliyi, o cümlədən federasiyanın vitse-prezidentiElşad Nəsirov, baş katib Elxan Məmmədov, futbol veteranları, keçmiş prezident Ayaz Mütəllibov, millət vəkili Vahid Əhmədov, Arif Rəhimzadə və ictimaiyyət nümayəndələri iştirak edir.

Allah rəhmət eləsin!