Sonuncu "Vəzir barmağı filmi ilə lazım olan reytinqi toplaya bilməyən və ziyana düşən Mahsun Kırmızıgül özünü serial sektorunda sınamaq qərarına gəlib.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, xanımı Ece Binay və qızı Lavinlə Atatürk Hava Limanında obyektivlərə tuş gələn aktyor seriya başına 200 min lirə (təxminən 100 min manat) istədiyi üçün təklif edilən layihələri qəbul etməməsi ilə bağlı yazılanlara aydınlıq gətirib:
"Çox təkliflər olur və dəyərləndirirəm. Niyə də olmasın. Bəlkə seriala çəkildim. Amma yazılan o rəqəmlər çox gülüncdür ki... Mən də gülüb-keçdim.