Xəbər verildiyi kimi təmas xəttinin Füzuli istiqamətində gedən döyüşlərdə Azərbaycan silahlı qüvvələrinin bölmələri düşmənin bir neçə tankını və avtomobil texnikasını məhv edib.
Bu zərbələrdən birinin nəticələri barədə rusiyalı jurnalistin çəkdiyi kadrları ötən gün oxuculara təqdim etmişdik. Kadrlardan görünürdü ki, ermənilərin T-72 tankı Azərbaycan silahlı qüvvələrinin tank əleyhinə raket kompleksinin zərbəsi ilə tamamilə darmadağın olub, tankdan demək olar ki, əsər-əlamət qalmayıb.
Həmin görüntülər yayılandan sonra sosial şəbəkələrdə daha bir maraqlı görüntülər yayıldı. Bu dəfə söhbət erməni tankının vurulmazdan az əvvəl çəkilmiş görüntülərindən gedir. Təxminən 40 saniyəlik videokadrlardan görünür ki, iki erməni zabit tank ekipajına Azərbaycan ordusunun mövqelərini atəşə tutmaq üçün təlimat verir. Tank təpənin üstündəki mövqeyə qalxır, mövqelərimizə atəş açır və dərhal geriyə hərəkət edərək cavab zərbəsinə tuş gəlməmək üçün həmin mövqedən uzaqlaşır. Ancaq belə görünür ki, tankın və ekipajının ömrünə az qalıb. Azərbaycan ordusunun sərrast zərbəsindən sonra düşmən tankından və heyət üzvlərindən geriyə heç nə qalmır...
Bildirilir ki, tank İsrail istehsalı olan "Spike" tank əleyhinə raket kompleksi ilə vurulub. Bu kompleksin Qarabağdakı 4 günlük müharibədə tətbiq olunduğuna dair bundan əvvəl də sosial şəbəkələrdə məlumatlar yayılıb. Həmin məlumatlara görə Azərbaycan ordusu Talış kəndi istiqamətində "Spike" kompleksləri ilə 6 erməni tankını məhv edib. İstiliyə həssas başlıqla təchiz edilmiş və hədəfə özü istiqamətlənən bu tank əleyhinə raket kompleksləri 8 kilometrə qədər məsafədə zirehli texnikanı, mühəndis qurğularını və digər texnikanı sıradan çıxarmağa imkan verir. Bir ədəd belə raketin qiyməti 135 min dollardır.
Virtualaz.org
RUS VƏ ERMƏNİ İŞLƏYƏN "JURNALİST"