Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus "Ford markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi "Mercedes markalı maşınla toqquşub.
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.