Albert Eynşteynin Allah və siyasət haqqında fikirləri qeyd olunan məktubları İsraildə hərraca çıxarılıb və təxminən 210 min dollara satılıb.

Unikal.org"RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə hərracın təşkilatçıları olan Qüdsdəki "Winners Hərrac evindən bildiriblər.

İnformasiyaya əsasən, alimin makina ilə 1950-ci ilin əvvəlində yazılmış 6 orijinal məktubu həmkarları Devid Bom və Maks Borna ünvanlanıbmış.

Hərrac evi məktubların 33-49 min dollar arasında satılacağına ümid edirmiş. A.Eynşteynin Boma yazdığı bir məktubu naməlum alıcı 84 dollara alıb.