Türkiyənin paytaxtı Ankarada ağılasığmaz hadisə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, kömək adı ilə aldatdıqları iranlı ər arvadı gecekonduya aparan 5 Əfqan vətəndaşı, qadın və ərinə dəhşət yaşadıb. Ərini stula bağlayan təcavüzkarlar, arvadına dəfələrlə təcavüz ediblər.
Belə ki, təxminən 10 ay əvvəl ölkəyə qaçaq yollarla gələn İran əsilli A.K (26) Kütahyada dərzilik və tikinti işləriylə məşğul olmağa başlayıb. İranda yaşayan həyat yoldaşı E.H'den (20) də Türkiyəyə gəlməsini istəyən A.K, yoldaşının qaçaq yollarla Vandan avtobusla Ankaraya gəlməsini təmin edir.
Ankaraya gələrək həyat yoldaşını qarşılayan A.K, arvadı ilə yenidən Kütahyaya dönmək istəyir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün avtobus bileti ala bilmirlər..
Ankarada qalacaq bir yer axtaran ər-arvad, A.K-nin İrandan tanıdığı Əfqanıstanlı olan iki adamla qarşılaşır. A.K və yoldaşına Ankarada uyğun bir otel taparaq kömək ola biləcəyini deyirlər. Daha sonra əfqan vətəndaşları ər-arvadı bir gecekonduya apardı. Gecekonduda qalmaq istəməyən ər-arvadı əfqan vətəndaşları döyərək kişini stula bağlayırlar.
Evdə başqa bir otağa götürülən və boynuna bıçaq dirəyərək əlləri bağlanan qadını, beş nəfər dəfələrlə təcavüz edir. Şübhəlilər, ər-arvada aid 800 dollar, 1400 lirə və 3 mobil telefonunu da götürdülər. Bir müddət sonra E.H' özünə gələndən sonra ərinin əllərini açır və yaxınlıqdakı polis bölməsinə gedinlər.
Hadisə ilə əlaqədar istintaq başladılıb və hadisəni törədən iki nəfər saxlanılıb, digər 3 nəfərin isə axtarışları davam etdirilir.