Azərbaycan prezidenti İlham Əliyev 14-15 aprel tarixlərində Türkiyəyə səfər edəcək.
Unikal.org xəbər verir ki, Ans press-in Türkiyə bürosunun verdiyi məlumata görə, prezident orada İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək.

Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.