"Red Bull" komandasının pilotu Daniel Rikkardo Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.
Unikal.org-un məlumatına görə, yarışın 2-ci pilləsində "Mercedes" komandasının pilotu Valtteri Bottas, 3-cü pilləsində isə "Williams" komandasının pilotu Lens Stroll qərarlaşıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.