"WhatsApp messencerində yeni funksiya istifadəyə veriləcək.

Unikal.org xəbər verir ki, bundan sonra istifadəçilər bir-birinə istənilən formatlı faylları göndərə və ya paylaşa biləcək. Lakin faylın tutumuna məhdudiyyət qoyulacaq.

Bildirilir ki, ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. "WhatsApp messencerinin "Android mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, "iOS sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.

"WhatsApp messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.