Almaniya hakimiyyəti 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək "G20 sammitində iştirak edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı mühafizəçiləri ilə bağlı xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki,"Welt
qəzetinin verdiyi məlumata görə, rəsmi Berlin ABŞ səfərində R. T.
Ərdoğanı müşayiət etmiş mühafizəçilərin Hamburqa gəlişinin əleyhinə
çıxıb.
Həmin mühafizəçilər ABŞ-da R. T. Ərdoğana qarşı etiraz aksiyası keçirənlərlə dalaşıblar. Almaniya hökuməti bu barədə parlament üzvlərini qapalı toplantıda məlumatlandırıb. Almaniya xüsusi xidmət orqanları R. T. Ərdoğanın Hamburqa gəlişinin onun tərəfdarları və əleyhdarları arasında toqquşmalara səbəb olacağından da ehtiyat edir.
Almaniyada PKK terror təşkilatının 14 min tərəfdarı var və onların 600-ü Hamburqda yaşayır.
Xatırladaq ki, Türkiyə prezidentinin may ayında ABŞ-a səfəri zamanı Vaşinqtonda Türkiyə səfirliyi yaxınlığında etiraz akasiyası keçirilib. R. T. Ərdoğanın mühafizəçiləri ilə aksiya iştirakçılara arasında toqquşma olub. Dövlət Departamenti bununla əlaqədar Türkiyəyə etirazını bildirib. Ankara isə məhz ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görməməsi səbəbindən belə bir olayın baş verdiyini bəyan edib.(APA)