İŞİD terror təşkilatı Almaniya və onun maraqlarına qarşı terror aktı törətmək niyyətindədir.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bunu Almaniya Konstitusiyasının müdafiəsi üzrə federal idarənin rəhbəri Hans-Qeorq Maasen "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
H.Maasen Almaniya xüsusi xidmət orqanlarının əvvəlcə İŞİD terror təşkilatı ilə əlaqədar təhlükəni qiymətləndirməyib, Yaxın Şərq və Afrikadakı qaçqın axınından istifadə edərək İŞİD-in öz tərəfdarlarını Almaniyaya göndərməsini zəif ehtimal sayıb. Eyni zamanda idarəsinin İŞİD təhlükəsi ilə qarşılaşdıqdan sonra çox şey öyrənməli olduğunu etiraf edib: "İŞİD Almaniya və onun maraqlarına qarşı terror aktı törətmək istəyir və apardığı təbliğatda da buna çağırır. Terrorçuların konkret planı məlum olmasa da, əks-kəşfiyyat təhlükəsizliklə əlaqədar situasiyaya çox ciddi yanaşır".