Ötən axşam İstanbulun mərkəzi Məcidiyekoy rayonunda, piyada keçidin yaxınlığında törədilən partlayış nəticəsində üç nəfər yaralanıb. 

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxs  partlayıcı qurğunun olduğu çantanı piyada keçidin yaxınlığına qoyub ərazini tərk edib. 

Polis hadisə yerinə mühasirəyə alıb, insanlar yaxınlıqdakı obyektlərdən kənarlaşdırılıb, ərazidə mühafizə gücləndirilib, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.